Ana Sayfa > Karusel / Dünya > ÜST: Hələ bir müddət pandemiyadan əvvəlki vəziyyətə geri qayıda bilməyəcəyik
ÜST: Hələ bir müddət pandemiyadan əvvəlki vəziyyətə geri qayıda bilməyəcəyik24-04-2020, 15:37. Yazar: Admin |
“Azərbaycanda xüsusi karantin rejimindən mərhələli şəkildə çıxmaqla bağlı plan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun hazırlanır. Amma arxayınlaşaq və tətbiq edilən tədbirləri azaltmaq hələ tezdir”.Qarabaginfo.az-ın məlumatına görə, bunu virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. “Hələ bir müddət pandemiyadan əvvəlki vəziyyətə geri qayıda bilməyəcəyik. Evdə qalmaq və sosial məsafəni gözləmək lazımdır. Azərbaycan hökuməti mayın 5-dən etibarən xüsusi karantin rejiminin yumşaldılmasının üzərində çalışır. Biz də əlimizdən gələn qədəri ilə dəstək olmağa çalışırıq. Azərbaycan xalqına təşəkkür edirəm ki, çətin dövrdə hökumətə dəstək olur, tövsiyələrə əməl edir. Virusa qarşı mübarizə əhalinin tam iştirakı olmadan effektiv ola bilməz. İndi bizim daha çox həmrəy olmağa ehtiyacımız var”, - deyə H. Harmancı vurğulayıb. Geri dön |