“TEKNOFEST Azərbaycan” festivalına hazırlıq çərçivəsində təyyarə və vertolyotların sınaq uçuşları keçirilir.
Qarabaginfo.az-ın " Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, sınaq uçuşları Dənizkənarı bulvar ərazisində həyata keçirilir.
Uçuşlar festival ərəfəsində və günlərində də davam edəcək.
Qeyd edək ki, 26 – 29 may tarixlərində Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək.