Ana Sayfa > Karusel / Dünya > Qərbin Kiyevə hərbi yardım üzrə qrupu Brüsseldə görüşəcək

Qərbin Kiyevə hərbi yardım üzrə qrupu Brüsseldə görüşəcək


24-05-2022, 07:04. Yazar: Admin

Qərbin Kiyevə hərbi yardım üzrə qrupu Brüsseldə görüşəcək

Qərbin Ukraynaya Hərbi Yardım üzrə Koordinasiya Qrupu iyunun ortalarında Brüsseldə üzbəüz görüş keçirəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə bazar ertəsi ABŞ-ın müdafiə naziri Lloyd Ostin məlumat verib.

“Biz gələn ay təmas qrupunun üçüncü iclasını keçirəcəyik. İyunun 15-də əyani formatda Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclası çərçivəsində görüş olacaq”, - deyə ABŞ hərbi departamentinin rəhbəri bildirib.

Eyni zamanda o, bildirb ki, bu Şimali Atlantika Alyansı çərçivəsində keçirilən görüş olmayacaq.


Geri dön