Ana Sayfa > Karusel / Gündəm > Zukerberq məhkəməyə verilir
Zukerberq məhkəməyə verilir23-05-2022, 20:57. Yazar: Admin |
Vaşinqtonun Baş prokuroru Karl Rasin “Meta” şirkətinin baş direktoru Mark Zukerberqi istifadəçi məlumatlarının “Cambridge Analytica” analitik firması ilə paylaşması ilə bağlı qalmaqala görə məhkəməyə verir. Qarabaginfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Agentliyin məlumatına görə, Rasin hesab edir ki, “Meta”ya məxsus feysbuk sosial şəbəkəsinin milyonlarla istifadəçisinin şəxsi məlumatlarının sızmasına səbəb olan qərarlarda Zukerberq birbaşa iştirak edib. Bundan əlavə, Baş prokurorun sözlərinə görə, sahibkar istifadəçiləri məxfiliklərinin qorunması ilə bağlı çaşdırıb. Xatırladaq ki, 2019-cu ilin yayında feysbuk milyonlarla istifadəçinin şəxsi məlumatlarını “Cambridge Analytica” siyasi konsaltinq firmasına təhvil verdiyinə görə 5 milyard dollar cərimələnib. Bildirilib ki, təşkilatın əməkdaşları bu məlumatlardan siyasətçi Donald Trampın seçki kampaniyasının maraqları üçün istifadə ediblər. Geri dön |