Ana Sayfa > Karusel / Gündəm > İsrail 1228 fələstinlini həbs etdi

İsrail 1228 fələstinlini həbs etdi


23-05-2022, 17:53. Yazar: Admin

 

Aprel ayı ərzində İsrail qüvvələri 165-i uşaq və 11-i qadın olmaqla, 1228 fələstinlini həbs edib.

Qarabaginfo.az xəbər verir ki, ən çox həbs 139-u uşaq olmaqla, 793 nəfərlə işğal olunmuş Şərqi Qüdsdə olub.

Saxlanılanlar arasında İsrail əsgərlərinin açdığı atəş nəticəsində yaralananların da olduğu qeyd edilib.

Həbs olunmuş şəxslərdən 154-ü barəsində inzibati həbs qərarı çıxarılıb. İsrailin “inzibati həbs” adlandırdığı həbslə fələstinlilər heç bir ittiham və mühakimə olmadan 1 aydan 6 aya qədər həbs oluna bilər.

Qeyd edək ki, Fələstin mənbələrinin məlumatına görə, İsrail həbsxanalarında 4500-ə yaxın fələstinli var.

 


Geri dön