Ana Sayfa > Karusel / Gündəm > Kim Çen İn İlham Əliyevi təbrik etdi

Kim Çen İn İlham Əliyevi təbrik etdi


23-05-2022, 16:59. Yazar: Admin

Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen İn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Qarabaginfo.az təbrikin mətnini təqdim edir:

"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi, ölkənizin hökumətini və xalqını Koreya Xalq Demokratik Respublikasının hökuməti və xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Koreya ilə Azərbaycan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin iki ölkənin xalqlarının arzusuna və maraqlarına uyğun olaraq genişlənəcəyinə və inkişaf edəcəyinə əmin olduğumu bildirirəm.

Sizə ölkənizin xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzu edirəm".

 


Geri dön