Ana Sayfa > Karusel / Qarabağ > İcma sədri: “Hamının qəbul etdiyi danışıqlar formatını dəyişdirməyə cəhd təxribatdır”
İcma sədri: “Hamının qəbul etdiyi danışıqlar formatını dəyişdirməyə cəhd təxribatdır”23-04-2020, 17:13. Yazar: Admin |
“Son günlər Ermənistan Xarici İşlər nazirinin, eləcə də bu ölkənin Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qanunsuz rejimin qondarma nümayəndəsinin bəyanatları bir daha Ermənistanın əsl xislətini nümayiş etdirib. Ermənistanın danışıqlar pərdəsi arxasında gizlənərək saxta görüntü yaratması, vaxt uzatmağa çalışması və işğala əsaslanan mövcud status-kvonu möhkəmləndirməsi siyasəti bir daha bütün dünyaya bəyan edilib”. Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin açıqlamasında bildirilib. Açıqlamada qeyd olunub ki, Ermənistanın münaqişənin həlli üzrə vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dəstəklədiyi mərhələli həll variantını rədd etməsi danışıqlar prosesini tamamilə alt-üst edir.
“Məlum olduğu kimi, bir müddət öncə Ermənistanın baş naziri Madrid prinsiplərinin onlar üçün mövcud olmadığını bildirmişdi. Bütün bunlar həm də ATƏT-in Minsk Qrupunun həmsədrlərinə qarşı açıq-aşkar saymazlıqdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq Ermənistanın danışıqlar prosesinin təməl prinsiplərinə zidd olan son hərəkətləri ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəti mövqe ifadə etməyə çağırırıq”, - deyə açıqlamada bildirilib. Bəyanatda Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının son hadisələrlə bağlı mövqeyi diqqətə çatdırılıb: “1. Ermənistan-Azərbaycan münaqişəsinin tərəfləri Ermənistan və Azərbaycandır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları ATƏM-in (indiki ATƏT) Helsinki Nazirlər Şurasının 1992-ci ildə təsbit etdiyi kimi münaqişənin bərabərhüquqlu maraqlı tərəfləridir. 2019-cu il ərzində ATƏT-in Minsk Qrupunun regiona səfərləri zamanı keçirilən görüşlər və səsləndirdikləri bəyanatlar bir daha bunu təsdiq edir.
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində erməni icması ilə sülh şəraitində birgə yaşamağa hazır olduğunu bir daha bəyan edir”. APA Geri dön |