Ana Sayfa > Karusel / Gündəm > Müslümov hansı xəstəlikdən əziyyət çəkir? - Atası danışdı

Müslümov hansı xəstəlikdən əziyyət çəkir? - Atası danışdı


23-05-2022, 13:37. Yazar: Admin

Sabiq əmək va əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun səhhətində ciddi problem yarandığından onun Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürüldüyü bildirilir.

Qarabaginfo.az xəbər verir ki, eks-nazirin atası Yanvar Müslümov Modern.az-a açıqlamasında faktı təsdiqləyib.

Y.Müslümov özünün də səhhətində problemlər olduğunu vurğulayıb:

"Bildiyiniz kimi, özüm də xəstəyəm, artıq 84 yaşım var. Ayaqlarım işləmir, heç avtomobillə belə, uzun yolu gedə bilmirəm. Yaşım o yaş deyil. Amma Səlimin xəbərin eşidəndən özümüzə gələ bilmirik. Dedilər səhhəti çox pisdir. Dünəndən ağlayırıq, əlimizdən dua etməkdən başqa heç nə gəlmir".

Sabiq nazirin atası oğlunun hansı xəstəliklərdən əziyyət çəkdiyini açıqlayıb:

"Əvvəldən təzyiq, şəkər problemləri var idi. Bilirsiniz, bizdə bu xəstəliklər irsidir. Allah ölənlərinizə rəhmət eləsin, atam da təzyiqdən rəhmətə getdi. Kiçik qardaşım "Narxoz"da oxuyanda, cavan yaşında o xəstəlikdən keçindi. Mən özüm danışmasam da, uşaqlar həkimlərdən xəbər alır. Deyirlər təzyiqi, şəkəri çox yüksəlib, amma həkimlər nə lazımdırsa edirlər. Allaha pənah, İnşallah sağalar".

Xatırladaq ki, Dövlət Təhülkəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata görə, Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 


Geri dön