Ana Sayfa > Karusel / Gündəm > Rusiya XİN: “Azovstal”da təslim olanların mübadiləsinin müzakirəsi mümkündür

Rusiya XİN: “Azovstal”da təslim olanların mübadiləsinin müzakirəsi mümkündür


23-05-2022, 13:29. Yazar: Admin

Rusiya XİN: “Azovstal”da təslim olanların mübadiləsinin müzakirəsi mümkündür

Rusiya “Azovstal” zavodunda təslim olan ukraynalı hərbi əsirlərin mübadiləsinin müzakirəsini mümkün hesab edir.

Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Bu, mənim səlahiyyətimdə deyil, amma yəqin ki, bu, hardasa müzakirə olunur. Mən sağlam düşüncəyə zidd olmayan hər hansı ehtimalı qəbul edirəm”, - deyə Rudenko jurnalistlərə rusiyalı məhbuslarının “Azovstal”dakı ukraynalılarla dəyişdirilməsi imkanının hazırda müzakirə olunub-olunmaması sualını cavablandırarkən deyib.


Geri dön