Ana Sayfa > Karusel / Gündəm > Dava edənlər BDU-nun tələbələri deyil

Dava edənlər BDU-nun tələbələri deyil


23-05-2022, 12:00. Yazar: Admin

Bakı Dövlət Universitetinin bir qrup tələbəsi arasında kütləvi dava olması ilə bağlı məlumat yayılıb.

 

Bildirilib ki, universitetin 3-cü kurs tələbəsi olan Türkiyə vətəndaşları 1997-ci il təvəllüdlü Nevzet Ömer Demir, 1998-ci il təvəllüdlü Harun Yusuf Çiftçi, 1997-ci il təvəllüdlü Daner Sadiq Yılmaz və 1996-cı il təvəllüdlü Gültaş Yahya Sefer sərxoş halda dalaşıblar. Onlar dava-dalaş zamanı xuliqanlıq zəminində bir-birini döyərək xəsarətlər yetiriblər.

 

BDU-nin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva Qarabaqinfo.az -a açıqlamasında faktı təkzib edib.

 

BDU rəsmisi qeyd edib ki, davada adı hallanan şəxslər universitetin tələbəsi deyil.


Geri dön