Ana Sayfa > Karusel / Gündəm > Qarabağ qazisinin intihar səbəbi MƏLUM OLDU

Qarabağ qazisinin intihar səbəbi MƏLUM OLDU


23-05-2022, 11:38. Yazar: Admin

Vətən Müharibəsi qazisi Əlisahib Məmmədovun intihar etməsinin təfərrüatları bəlli olub.

Qarabaqinfo.az -ın əldə etdiyi məlumata görə, qazi ailə münaqişəsi zəminində canına qəsd edib.

Belə ki, son günlər Ə. Məmmədovun ailə qurduğu xanımla aralarında problem yaşanıb. Bundan xəbər tutan qayınatası qızını və nəvəsini ondan ayıraraq, öz evinə aparıb.

Biləsuvarda məskunlaşan Ə.Məmmədov ailəsinin Beyləqana aparılmasına etiraz etsə də, qayınatası buna məhəl qoymayıb. Tərəflər arasında narazılıq yaranıb.

Məlum hadisədən bir gün sonra qazi Ə.Məmmədov özünü asaraq intihar edib. Onun rəsmi nikahının olmadığı bildirilir.

 

Qeyd edək ki, ötən gün Cəbrayıl rayonunun Sarıcallı kənd sakini, Vətən Müharibəsinin qazisi Əlisahib Malik oğlu Məmmədov həyatına qəsd edib.

Hadisə müharibə iştirakçısının yaşadığı Bəlisəuvar rayonundakı 1 saylı Cəbrayıl köçkün qəsəbəsində baş verib.


Geri dön