Ana Sayfa > Karusel / Gündəm > Çempionlar Liqası: "Qarabağ"ın I təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşib
Çempionlar Liqası: "Qarabağ"ın I təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşib23-05-2022, 09:11. Yazar: Admin |
"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha bir mümkün rəqibi müəyyənləşib. Qarabaginfo.az-ın məlumatına görə, "Maribor" Sloveniya çempionu olduğu üçün Şimali İrlandiyanın "Linfild" komandası səpələnməmişlər səbətinə düşərək "köhlən atlar"ın potensial rəqiblərindən biri olub. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv bu raundda 13 klubdan biri ilə və ya ilkin təsnifat mərhələsinin qalibi ilə üz-üzə gələcək. Ölkə çempionu Ermənistan təmsilçisi ilə görüşə bilməz. Burada qalib son turda bəlli olacaq. Çempionlar Liqası Səpələnməmişlər Qeyd edək ki, UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 14-də atılacaq. Raundun ilk oyunları 5-6 iyulda, cavab qarşılaşmaları isə 12-13 iyulda gerçəkləşəcək. Geri dön |