Ana Sayfa > Karusel / Gündəm > Şarl Mişel: “Biz eyni formatda yenidən görüşəcəyik”

Şarl Mişel: “Biz eyni formatda yenidən görüşəcəyik”


23-05-2022, 08:27. Yazar: Admin

Şarl Mişel

Biz sıx təmasda qalmağa razılaşdıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair açıqlamasında qeyd edib.

 

“Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcək. Mən, həmçinin əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini də vurğuladım və Avropa İttifaqı öz dəstəyini gücləndirməyə hazırdır.

Biz sıx təmasda qalmağa razılaşdıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik” - deyə Avropa İttifaqı Şurasının Prezidenti çıxışını yekunlaşdırıb.


Geri dön