Ana Sayfa > Karusel / Gündəm > "Mançester Siti" 8-ci dəfə İngiltərə çempionu olub

"Mançester Siti" 8-ci dəfə İngiltərə çempionu olub


22-05-2022, 22:18. Yazar: Admin

"Mançester Siti" 8-ci dəfə İngiltərə çempionu olub

İngiltərə Premyer Liqasında 2021/22 mövsümünə yekun vurulub.

Qarabaginfo.az-ın məlumatına görə, sonuncu – XXXVIII turun bütün matçları eyni vaxtda baş tutub.

 

Axırıncı tur çempionun müəyyənləşməsi ilə əlamətdar olub. “Mançester Siti” ilə “Liverpul” arasında gedən yarışın qalibi “şəhərlilər” olub. Son turda “Aston Villa”nı qəbul edən Pep Qvardiolanın yetirmələri 3:2 hesabı ilə qalib gələrək, 93 xalla ardıcıl ikinci, ümumilikdə isə 8-ci ölkə çempionluğunu qazanıb. “Liverpul”un isə doğma arenasında “Vulverhempton” üzərində əzmkar qalibiyyəti (3:1) qızıl medal üçün kifayət etməyib. “Qırmızılar” mövsümü çempiondan 1 xal az toplamaqla qapayıb.

“Mançester Siti” və “Liverpul”la yanaşı, “Çelsi” və “Tottenhem” növbəti mövsüm Çempionlar Liqasında iştirak hüququna yiyələnib. Mövsümü müvafiq olaraq 5-6-cı pillələrdə tamamlayan “Arsenal”la “Mançester Yunayted” Avropa Liqasına, 7-ci yerin sahibi “Vest Hem” isə Konfrans Liqasına yollanıb.

“Norviç”, “Uotford” və “Bernli” isə Premyer Liqanı tərk edib.

“Liverpul”un hücumçusu Məhəmməd Salah və “Tottenhem”in yarımmüdafiəçisi Xın Min Son hərəyə 23 qolla bombardirlər yarışında mövsümü zirvədə tamamlayıb. Salahın aktivində 13, Sonda isə 7 məhsuldar ötürmə olub.


Geri dön