Ana Sayfa > Karusel / Gündəm > Baydenin Yaponiyaya səfəri etirazla qarşılanıb

Baydenin Yaponiyaya səfəri etirazla qarşılanıb


22-05-2022, 22:00. Yazar: Admin

Co Bayden

ABŞ Prezidenti Co Baydenin Yaponiyaya səfəri etirazla qarşılanıb.

Qarabaginfo.az-ın TASS-a istinadla xəbərinə görə, etirazçılar bu səfərin Çinlə münasibətlərə mənfi təsirindən ehtiyat edirlər.

 

Bayden prezident qismində Yaponiyaya ilk dəfə rəsmi səfərə gəlib. Səfər şərçivəsində o, Baş nazir Fumio Kisida, imperator Naruxito, həmçinin KXDR kəşfiyyatının oğurladığı şəxslərin ailələri ilə görüşəcək.

Ertəsi gün Bayden təhlükəsizliklə bağlı dörtərəfli sammitdə (Yaponiya, Avstraliya, Hindistan, ABŞ) iştirak edəcək.


Geri dön