Ana Sayfa > Karusel / Gündəm > MN: İstifadəyə yararsız sursatların utilizasiyası davam edir

MN: İstifadəyə yararsız sursatların utilizasiyası davam edir


22-05-2022, 21:56. Yazar: Admin

MN: İstifadəyə yararsız sursatların utilizasiyası davam edir

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunur ki, döyüş sursatlarının utilizasiya prosesi 23.05.2022-ci il tarixdən 28.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.


Geri dön