Ana Sayfa > Karusel / Gündəm > Ucarda maşın piyadanı vurub, vəziyyəti ağırdır

Ucarda maşın piyadanı vurub, vəziyyəti ağırdır


22-05-2022, 20:08. Yazar: Admin

Ucarda maşın piyadanı vurub, vəziyyəti ağırdır

Ucarda baş verən qəzada piyada ağır xəsarət alıb.

Qarabaginfo.az-ın xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində baş verib.

"FORD" markalı maşın yolu keçmək istəyən piyada, hələlik şəxsiyyəti məlum olmayan 30-35 yaşlı kişini vurub. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.


Geri dön