Ana Sayfa > Karusel / Gündəm > Füzulidə ikimərtəbəli obyektdə yanğın olub

Füzulidə ikimərtəbəli obyektdə yanğın olub


22-05-2022, 17:10. Yazar: Admin

Füzulidə ikimərtəbəli obyektdə yanğın olub

Füzuli rayonunun Bala Bəhmənli kəndində ümumi sahəsi 400 m² olan ikimərtəbəli müxtəlif təyinatlı obyektin (2-ci mərtəbəsi çayxana, 1-ci mərtəbəsi aptek və.s) 1-ci mərtəbəsinin yanar konstruksiyaları və içərisində sənədlər 15 m² sahədə yanıb.

Qarabaginfo.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yüksək temperaturdan lambirindən ibarət arakəsmə divar əriyib.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri dön