Ana Sayfa > Karusel / Gündəm > Donbasda daha 7 mülki şəxs həlak olub

Donbasda daha 7 mülki şəxs həlak olub


21-05-2022, 23:34. Yazar: Admin

Son sutkada Rusiya ordusu Ukraynanın Donbas vilayətini atəşə tutmağa davam edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko məlumat verib.

Zərbələr nəticəsində Donbasda 7 dinc sakin həlak olub, 10 nəfər yaralanıb.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu fevral ayında başlayıb. Ruslar paytaxt Kiyev ətrafında uğursuzluğa düçar olduqdan sonra əsas diqqətini Ukraynanın şərqinə yönəldib.


Geri dön