Ana Sayfa > Karusel / Gündəm > Küveytdə 8 iranlı dənizçi saxlanıldı

Küveytdə 8 iranlı dənizçi saxlanıldı


21-05-2022, 22:47. Yazar: Admin

Küveytdə 8 iranlı dənizçi saxlanıldı

Küveyt təhlükəsizlik qüvvələri ölkənin ərazi sularında dizel qaçaqmalçılığı ilə məşğul olan 8 iranlı dənizçini yaxalayıb.

Qarabaginfo.az xəbər verir ki,Küveytin “Əl-Kabes” qəzetinin məlumatına görə, sahil mühafizə qruplarının Küveytin ərazi sularında 240 ton dizellə dolu gəmini ələ keçirdiyi, göyərtəsində olan 8 iranlı dənizçinin nəzarətə alındığı bildirilib.

Bildirilir ki, əsir götürülən iranlı dənizçilər qonşu Körfəz ölkələrindən birinə satmaq üçün Küveytdən dizel qaçaqmalçılığı keçirdiklərini etiraf ediblər və onlar prokurorluğa müraciət ediblər. (unikal.org)

 


Geri dön