Ana Sayfa > Karusel / Siyasət > XİN: “Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlıq formatı mühüm siyasi mexanizmdir”

XİN: “Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlıq formatı mühüm siyasi mexanizmdir”


21-05-2022, 20:10. Yazar: Admin

La coopération Géorgie-Azerbaïdjan-Turquie servira à renforcer la sécurité dans la région - AZERTAC

2012-ci ildə xarici işlər nazirləri tərəfindən yaradılmış (Trabzon deklarasiyası) Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli formatı çoxtərəfli əməkdaşlıq platformaları çərçivəsində mühüm siyasi mexanizmdir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) Türkiyə ilə diplomatik münasibətlərin bərpasının 30-cu ildönümü ilə bağlı yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, mexanizmə prezidentlər, parlamentlərin xarici əlaqələr komitələri, müdafiə nazirləri və həmçinin digər qurumlar səviyyəsində əməkdaşlıq formatları da daxildir. Üçtərəfli iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün üçtərəfli biznes forumların keçirilməsi təcrübəsinin də olduğu vurğulanıb.

XİN Gürcüstan və Türkiyənin birgə səyləri ilə reallaşdırılan Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi regional enerji layihələrinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. Cənub Qaz Dəhlizi (TANAP və TAP) və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin tam həyata keçirilməsi üçün fəal əməkdaşlığın davam etdirildiyi qeyd olunub.


Geri dön