Ana Sayfa > Karusel / Gündəm > Müdafiə Nazirliyi: Ordumuzun mövqeləri atəşə tutulub
Müdafiə Nazirliyi: Ordumuzun mövqeləri atəşə tutulub21-05-2022, 19:55. Yazar: Admin |
Mayın 21-i saat 16:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan istifadə edərək atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. Geri dön |