Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda QİÇS-lə mübarizəyə milyonlar xərclənir
Azərbaycanda QİÇS-lə mübarizəyə milyonlar xərclənir21-05-2022, 18:27. Yazar: Admin |
Keçən il İİV/QİÇS-lə mübarizə çərçivəsində görülən işlər açıqlanıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə “2021-ci il dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş dövlət proqramları və tədbirlər”də qeyd olunub. Hesabatda bildirilib ki, 2021-ci ildə seroloji müayinələrin aparılması üçün 73 min müayinəlik, PZR müayinələri üçün 52 dəst (4992 müayinəlik), immunoloji müayinələr üçün 61 dəst (5856 müayinəlik) test-sistemlər alınıb. “İİV/QİÇS-lə mübarizə üzrə tədbirlərinin maliyyə təminatı” tədbirləri çərçivəsində 2021-ci il ərzində 635 Azərbaycan vətəndaşında İİV-ə yeni yoluxma halları aşkar edilib. Hazırda Respublika QİÇS-lə Mübarizə Mərkəzində 7867 İİV-lə yaşayan şəxs rəsmi qeydiyyatdadır, antiretrovirus terapiya alanların sayı 6179-dur, onlardan 617 nəfərə müalicə 2021-ci il ərzində başlanılıb. 2021-ci il ərzində 7 adda, 135 min civarında çap materialları və əyani vəsait buraxılaraq, müxtəlif tədbirlərdə əhaliyə paylanıb. Ümumilikdə keçən il İİV/QİÇS-lə mübarizə üzrə tədbirləri çərçivəsində 3,4 milyon manat vəsait xərclənib. Geri dön |