Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb


21-05-2022, 17:35. Yazar: Admin

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 273 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 352, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 800, üç və daha çox doza vaksin vurduranların sayı 1 922, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 199 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 704 523, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 345 603, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 847 172, üç və daha çox doza vaksin vurduranların sayı 3 267 411, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 244 337 təşkil edir.


Geri dön