Ana Sayfa > Karusel / Müsahibə > Yaşar Əliyev: “Qızım Ombudsman seçilərkən bir ata kimi sevincdən gözlərim yaşardı” - FOTOLAR
Yaşar Əliyev: “Qızım Ombudsman seçilərkən bir ata kimi sevincdən gözlərim yaşardı” - FOTOLAR23-04-2020, 10:27. Yazar: Admin |
“Qızım Səbinə Əliyevanın Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilməsi bir ata olaraq məni də sevindirdi. Sevincdən göz yaşlarımı saxlaya bilmədim”.
“Bir ata kimi ümid edirəm ki, Səbinə Əliyeva ona həvalə olunan vəzifənin öhdəsindən gələcək. Bu çətin və məsuliyyətli işdə ona uğurlar arzulayıram”. Qeyd edək ki, Milli Məclisin bugünkü iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlərin məsələsinə baxılıb. Səsvermə nəticəsində Səbinə Əliyeva Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili seçilib. Belə ki, iclasda iştirak edən deputatlardan 104 nəfəri onun Ombudsman olmasının lehinə səs verib. Cəmi 1 deputat əleyhinə səs verib.
Geri dön |