Ana Sayfa > Karusel / Gündəm > Almaniya Ukraynaya yeni müdafiə silahları verəcək

Almaniya Ukraynaya yeni müdafiə silahları verəcək


20-05-2022, 20:02. Yazar: Admin

Almaniya Ukraynaya yeni müdafiə silahları verəcək

Almaniya iyul ayında Ukraynaya 15 ədəd "Gepard" özüyeriyən zenit sistemləri tədarük edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Almaniyanın DPA xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, yeni müdafiə silahlarının göndərilməsi barədə razılıq Almaniya müdafiə naziri Kristina Lambrext və Ukrayna müdafiə naziri Oleksiy Reznikov arasında bu gün baş tutan telefon danışığında əldə olunub.

Razılaşma çərçivəsində Ukraynaya 59 min patron göndəriləcək və hərbçilər üçün təlim keçiriləcək.

Zenit sistemlərinin Almaniya ordusunun ehtiyatlarından veriləcəyi bildirilir.


Geri dön