Ana Sayfa > Karusel / Gündəm > "Qətllər Rusiyanın 104-cü qvardiya desant hücum alayının əsgərləri tərəfindən törədilib"
"Qətllər Rusiyanın 104-cü qvardiya desant hücum alayının əsgərləri tərəfindən törədilib"20-05-2022, 17:27. Yazar: Admin |
"İki rus əsgəri doqquz kişini rusiyalı hərbçilərin bazası yerləşən binanın arxasına aparıb, atəş səsləri eşidilib, bundan sonra əsirlər geri dönməyib..."
Buça sakinlərinin edam edilməsinin yeni sübutları üzə çıxıb, onların arasında "işgəncələr otağı" da var
Rusiyanın Ukrayna ərazisində hərbi cinayətlərinin yeni sübutları üzə çıxıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə "New York Times" qəzeti məlumat yayıb.
Jurnalistlər PUA- lardan çəkilən foto və vudeomaterialları nümayiş etdirib və bunlar rusiyalılar tərəfindən Buça şəhər sakinlərinin edam edilməsini sübut edir.
Hələ aprelin 2- də bir binanın yaxınlığında əlləri bağlı vəziyyətdə olan kişilərin cəsədlərini əks etdirən kadrların üzə çıxması, yəqin ki, Buçadan olan ən dəhşətli kadrlardan biri olub.
Nəşrin jurnalistləri bu insanların həmin yerə konvoyla aparılmasını göstərib.
Qəzet redakaiyasının martın 4- də əldə etdiyi vudeoyazıda iki rusiyalı hərbçinin doqquz kişini Yablonskaya küçəsində yerləşən və rusiyalı hərbçilərin bazası yerləşən inzibati binanın arxasına aparması görünür.
Sakinlrin güllələnməsi bu videoyazıların heç birisində əks edilməyib. Lakin qətllərin şahidləri jurnalistlərə danışıb ki, atəş səsləri eşidilib, bundan sonra əsirlər geri qayıtmayıb.
Martın 5- də drondan çəkilən video şahidlərin ifadələrini təsdiq edən ilk vizual sübut olub. Bu videogörüntüdə yerdə olan meyitlər, yanında da iki rusiyalı əsgər dayanıb.
Cəsədlərin arasında qətlə yetirilənlərdən birinin açıq- göy rəngli tolstovkası (üstündən
qayış bağlanan enli, uzun, büzməli üst köynək- red.) aydın görünür.
Müharibədən öncə həlak olanlar dinc sakinlər olub, lakin Rusiyanın hərbi müdaxiləsindən sonra onlar ərazi müdafiə taboruna daxil olublar.
Qəzetin iddia etdiyinə görə, edam prosesində 104- cü qvardiya desant- hücum alayının əsgərləri iştirak edə bilərdi. Bunu silah və döyüş sursatları üçün yeşiklərin üzərində olan nişanlar və qablaşdırma vərəqələri, habelə hərbi hissələrin 32515 və 74268 nömrələri sübut edir.
Sosial şəbəkələrdə Rusiya hərbçilərinin Buçada "işgəncələr otağı" nümayiş etdirilib. Rusiyalı hərbçilər Buçanı martın sonunda tərk edib. Bundan sonra dinc sakinlərinin kütləvi qətllərinin sübutları üzə çıxıb.
Şəhərdən olan qaçqınlar hələ martın ortalarında Rusiya ordusunun vəhşilikləri barədə məlumat verib. Buçadakı qardaşlıq qəbiristanlıqlarında yüzlərlə dinc sakinin cəsədləri aşkar edilib.
Rusiya tərəfi bu qətllərdə əli olduğunu inkar edib və onları şəhərdə baş verən "feyk" adlandırıb.(moderator.az)
Geri dön |