Ana Sayfa > Karusel / Təhsil > Təhsil Nazirliyinə 1 milyon manat ayrıldı

Təhsil Nazirliyinə 1 milyon manat ayrıldı


20-05-2022, 15:23. Yazar: Admin

Təhsil Nazirliyinə 1 milyon manat ayrıldı

Azərbaycan Prezidenti İlham Əliyev Füzuli Peşə Liseyinin binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Qarabaginfo.az xəbər verir ki, sənədə əsasən, Füzuli Peşə Liseyinin binasının layihələndirilməsi və tikintisi məqsədilə 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılacaq. 

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin edəcək. 

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 


Geri dön