Ana Sayfa > Karusel / Sosial > Akif Çovdarovun azadlıqdan ilk

Akif Çovdarovun azadlıqdan ilk


22-04-2020, 09:58. Yazar: Admin

 Akif Çovdarovun azadlıqdan ilk

 

Prezident İlham Əliyev tərəfindən 6 aprel 2020- ci ildə imzalanan əfv fərmanı ilə azadlığa buraxılan ləğv olunmuş MTN-nin Energetika və nəqliyyatda təhlükəsizlik baş idarəsinin sabiq rəisi Akif Çovdarov artıq evindədir.

Qarabaginfo.az məlumatına görə, Gununsesi.org Akif Çovdarovla əlaqə saxlayıb və onun azadlıqda ilk fotosunu əldə edib.

“Uzun müddətli həbs cəzasına məhkum olunan bir şəxs kimi qısa zamanda azadlığa çıxacağınızı gözləyirdinizmi” sualına Akif Çovdarov belə cavab verib:

“Mən cənab Prezidentə təşəkkür edirəm ki, azadlığa çıxmışam. İndi hamı ağlına nə gəldi, yazır. Mən bunlardan narahat olmuram. Məni bütün media qatı cinayətkar elan etmişdi. Olsun, bir söz demirəm. Amma mən Akif Çovdarovam… Bir gün geniş söhbət edərik, siz də yazarsınız. Başqa bir şey danışmaq istəmirəm”. 

Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı əfvə düşən şəxslər bir neçə gün xüsusi karantin rejimində qalıb.

 

 


Geri dön