Ana Sayfa > Karusel / Dünya > İordaniya kralı rus qoşunlarının Suriyadan çıxarılmasını təsdiqlədi...

İordaniya kralı rus qoşunlarının Suriyadan çıxarılmasını təsdiqlədi...


20-05-2022, 12:00. Yazar: Admin

İordaniya kralı rus qoşunlarının Suriyadan çıxarılmasını təsdiqlədi...

 

İordaniya kralı II Abdullah bildirib ki, İran və onun əlaltıları Suriyada hərəkətə keçib, çünki onlar “Rusiyanın buraxdığı boşluğu doldururlar” və bununlada ilk dəfə olaraq Rusiya qoşunlarının Suriyadan Ukraynaya köçürülməsini rəsmən təsdiqləyib.

İordaniya kralının ABŞ-a səfəri çərçivəsində ziyarət etdiyi Stenford Universitetində müsahibə zamanı II Abdullah sərhədlərdə təhlükəsizlik problemlərinin ağırlaşdığını və Suriya tərəfdən hücumların olduğunu etiraf edib.

 

Kral izah edib ki, rus qoşunları əvvəllər Suriyanın cənubunda hər cür terrorçu üçün maneə olub. Lakin onun sözlərinə görə, Rusiya öz qüvvələrini Ukraynada cəmləşdirmək üçün oradan geri çəkilməyə üstünlük verib və indi yaranan boşluğa iranpərəst silahlılar dolub.

Bundan əlavə, II Abdullah İsrail-Fələstin münasibətləri və Qüdsdəki Əl-Əqsa və Məbəd dağı ətrafında son zamanlar baş verən münaqişələrə də toxunub. “Ümid edirəm ki, yaxın bir neçə həftə ərzində səs-küy azalacaq və sonra yenidən sual yaranacaq ki, biz israilliləri və fələstinliləri danışıqlar masasına necə gətirə bilərik? Siyasətə görə deyil,  əvvəlcə koronavirus pandemiyası səbəbindən yaranan, sonra isə Ukraynadakı müharibə ilə daha da şiddətlənən dəhşətli sosial-iqtisadi problemlərə görə”, - deyə İordaniya Kralı əlavə edib.


Geri dön