Ana Sayfa > Karusel / Gündəm > Bakıda və Abşeronda külək 25 m/s-dək güclənib - FAKTİKİ HAVA

Bakıda və Abşeronda külək 25 m/s-dək güclənib - FAKTİKİ HAVA


20-05-2022, 10:57. Yazar: Admin

Bakıda və Abşeronda külək 25 m/s-dək güclənib - FAKTİKİ HAVA

Qara dəniz üzərində formalaşan siklonun ölkə ərazisinə daxil olması nəticəsində mayın 19-u axşam qərb rayonlarından başlayaraq hava şəraiti dəyişmiş, küləkli, yağıntılı olub.

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, intensiv yağıntılar Böyük Qafqazın bəzi yerlərində 15-21 mm-dək qeydə alınıb. Şimal-qərb küləyi bəzi bölgələrdə 25-30 m/s, Bakıda və Abşeron yarımadasında isə 25 m/s-dək güclənib.

Bu gün ərzində küləyin davam edəcəyi, maksimal sürəti 15-20 m/s, arabir 25-30 m/s olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq.


Geri dön