Ana Sayfa > Karusel / Dünya > Britaniyanın müdafiə naziri: “Türkiyənin narahatlıqlarını mütləq dinləyəcəyik”

Britaniyanın müdafiə naziri: “Türkiyənin narahatlıqlarını mütləq dinləyəcəyik”


19-05-2022, 21:33. Yazar: Admin

Britaniyanın müdafiə naziri Ben Vallas

 

“İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı Türkiyənin narahatlığını aradan qaldırmağın yolu var”.

Qarabaginfo.az “Reuters“ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Vallas parlamentdə çıxışında deyib.

“Hesab edirəm bunun üçün yol var. Düşünürəm ki, biz sonunda oraya çatacağıq. Bu prosesdə bütün üzvləri və onların narahatlıqlarını dinləməyimiz çox vacibdir və biz Türkiyəni mütləq dinləyəcəyik”, - Britaniyanın müdafiə naziri bildirib.

O əlavə edib ki, türkiyəli həmkarı Hulusi Akarla danışacaq.


Geri dön