Ana Sayfa > Karusel / Gündəm > Finlandiya Prezidenti: “NATO müttəfiqi kimi Türkiyənin təhlükəsizliyinə sadiq olacağıq”
Finlandiya Prezidenti: “NATO müttəfiqi kimi Türkiyənin təhlükəsizliyinə sadiq olacağıq”19-05-2022, 19:37. Yazar: Admin |
“Finlandiya bu qərarı qısa müddətdə verdi, ancaq həm xalqın, həm də parlamentin qərarı nəzərə alındı. Bu qərar böyük dəstək aldı. Mən bu prosesdə verdiyiniz dəstəyə görə sizə təşəkkür edirəm”. Qarabaginfo.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Sauli Niinistö Vaşinqtonda ABŞ və İsveç liderləri ilə birgə mətbuat konfransında deyib.
“Biz Finlandiyanın təhlükəsizliyini ciddi nəzərə alırıq. Finlandiya ordusu regionun və Avropanın ən güclülərindəndir. Biz bütün alyansın təhlükəsizliyinə töhfə verməyə hazırıq və qarşılıqlı təhlükəsizlik zəmanətinə sadiq olmaq istəyirik. Biz inanırıq ki, bütün üzvlər üzvlük prosesinin qısa zamanda baş tutmasına dəstək verəcək”, - o qeyd edib. Sauli Niinistö vurğulayıb ki, Rusiyanın Ukraynadakı müharibəsi həm Avropada, həm də Finlandiyada təhlükəsizlik mühitini dəyişdi: “Biz NATO-ya üzv olmaq istəyi ilə yalnız özümüzü qorumaq deyil, həm də regionun təhlükəsizliyinə töhfə vermək istəyirik. Geri dön |