Ana Sayfa > Karusel / Siyasət > Rusiya XİN Ukraynanın dəniz limanlarına çıxışın açılması üçün şərtini açıqlayıb
Rusiya XİN Ukraynanın dəniz limanlarına çıxışın açılması üçün şərtini açıqlayıb19-05-2022, 17:31. Yazar: Admin |
Rusiya tərəfinin Ukraynadakı limanlara çıxışının açılması məsələsi, o cümlədən Rusiya ixracına qarşı sanksiyaların ləğvi imkanları kompleks şəkildə nəzərdən keçirilməlidir. Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bislinin Rusiyanı Ukraynadakı dəniz limanlarına çıxışı açmağa çağıran sözlərini şərh edərkən bildirib. “Burada təkcə Rusiya Federasiyasına müraciət etmək yox, həm də hazırkı ərzaq böhranına gətirib çıxaran bütün səbəblərə kompleks şəkildə və dərindən baxmaq lazımdır. İlk növbədə, bunlar ABŞ-ın və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardır, hansı ki, onlar normal azad ticarətə, o cümlədən ərzaq məhsulları, buğda, gübrə və s. ticarətinə maneə olur. Ona görə də bu məsələ çox kompleks şəkildə və hərtərəfli nəzərdən keçirilməlidir. Əgər tərəfdaşlarımız həllə nail olmaq istəyirlərsə, o zaman Rusiya ixracına tətbiq edilən sanksiyaların ləğv ilə bağlı problemlər həll edilməlidir”, - deyə Rusiya XİN başçısının müavini vurğulayıb. Geri dön |