Ana Sayfa > Karusel / Qarabağ > Azərbaycan Ordusunda silah və hərbi texnika yay rejiminə keçirilir

Azərbaycan Ordusunda silah və hərbi texnika yay rejiminə keçirilir


21-04-2020, 12:18. Yazar: Admin

 

 

Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində 2020-ci ilin döyüş hazırlığı planına əsasən silah, döyüş və xüsusi texnika yay mövsümündə istismar rejiminə keçirilir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Döyüş və xüsusi texnikanın yanacaq-sürtkü materialları hərbi hissələrdəki texniki xidmət məntəqələrində dəyişdirilir və onlara planlı şəkildə mövsümi qulluq göstərilir.

Silah, döyüş və xüsusi texnikanın yay mövsümündə istismar rejiminə keçirilmənin məqsədi hərbi hissələrin döyüş qabiliyyətinin artırılması, eləcə də döyüşə hazırlığın yüksək səviyyədə saxlanılmasını təmin etməkdir. 


Geri dön