Qarabaginfo.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Şuşadakı "Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, artıq Qarabağda bir sıra abidələrin bərpası prosesi başlayıb: "Biz artıq Ağdam Cümə məscidinin və Xocavənd və Tərtər rayonlarındakı xristian abidələrinin bərpasına başlamışıq".
Emin Hüseynov gələcəkdə bərpası nəzərdə tutulmuş mədəni irslərin də adını çəkib: "Eyni zamanda, Xurşudbanu Natəvanın heykəlinin, Nizaminin məşhur qəhrəmanı olan Fərhadın Ağdamdakı heykəlinin, İmarət sarayının və İmarət stadionunun bərpasını da planlaşdırmışıq".