Ana Sayfa > Karusel / Gündəm > Bakıda evdən 10 min manatlıq qızıl oğurlandı

Bakıda evdən 10 min manatlıq qızıl oğurlandı


19-05-2022, 12:34. Yazar: Admin

Bakıda evdən 10 min manatlıq qızıl oğurlandı

 


Bakı şəhərində evlərdən oğurluq edənşəxs saxlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Qarabaginfo.az-a verilən məlumatda bildirilib.

Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 16-dan 20-dək olan müddətdə rayon ərazisindəki 1 evdən 1600 ABŞ dolları, 10000 manat dəyərində qızıl-zinət əşyaları, digər evdən isə 800 manat pul və 233 manat dəyərində qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Şahverdizadə saxlanılıb.

Araşdırma aparılır.


Geri dön