Ana Sayfa > Karusel / Dünya > Almaniya Kansleri: “Rusiya bu müharibədə qalib gəlməməlidir”

Almaniya Kansleri: “Rusiya bu müharibədə qalib gəlməməlidir”


19-05-2022, 12:00. Yazar: Admin

Olaf Şolts

 

Almaniya Kansleri Olaf Şolts Ukraynadakı müharibəni Avropa İttifaqının (Aİ) tarixində üzləşdiyi ən böyük böhran adlandırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Kansler Şolts Bundestaqda çıxışında bildirib.

Şolts Ukraynadakı müharibəni tarixdə dönüş nöqtəsi adlandırıb.

O, Aİ-yə üzv dövlətlərin əvvəllər olduğu kimi, indi də həmrəyliklə bu böhrana qarşı dayanacağını bildirib.

“Kənardan təzyiqlər nə qədər çox olursa, biz Avropa İttifaqı olaraq bir o qədər gücümüzü birləşdirib birlikdə hərəkət edirik. Hamımız bir hədəfi paylaşırıq: Rusiya bu müharibədə qalib gəlməməlidir, Ukrayna qalib gəlməlidir.
Qəddar hücuma məruz qalan ölkənin özünü müdafiə etmək üçün köməyə ehtiyacı var və bunu eskalasiya adlandırmaq olmaz”, - Şolts vurğulayıb.


Geri dön