Ana Sayfa > Karusel / Dünya > Türkiyə dünya güclərinin planlarını POZDU
Türkiyə dünya güclərinin planlarını POZDU19-05-2022, 10:16. Yazar: Admin |
Finlandiya və İsveç NATO-ya qoşulmaq istəsə də, Türkiyə buna icazə vermir. Rəsmi Ankara bu iki ölkənin NATO-ya qoşulmasına qəti şəkildə razı deyil. Səbəb olaraq Finlandiya və İsveçdə PKK-nın terror təşkilatı kimi tanınmaması, FETÖ terrorçularının Türkiyəyə qaytarılmasına rədd cavabının verilməsi göstərilir. Qardaş Türkiyə mövqeyini israrla müdafiə edərək, Finlandiya və İsveç qarşısında 10 təklifdən ibarət şərtlər qoyub. Əgər adları çəkilən ölkələr Türkiyənin şərtlərini qeyd-şərtsiz qəbul etsələr, NATO-ya üzv olmaq şansı qazanacaqlar.
Əslində Türkiyənin sərgilədiyi siyasət Qərb dünyasının planlarını alt-üst etdi. Ankara bununla NATO və digər beynəlxalq təşkilatların ikiüzlü və qərəzli siyasi xəttini ifşa etmiş oldu. İllərdir ki, Ukraynanın müraciətlərini görməzdən gələn NATO-nun bir anda Finlandiya və İsveçi üzvlüyə qəbul etmək həvəsinə düşməsi Avropanın saxta demokratiya pərdəsi arxasında gizlənməsindən xəbər verir.
Bu zaman ortaya suallar çıxır: niyə qanlı döyüş meydanına çevrilən Ukrayna yox, məhz Finlandiya və İsveçi üzv qəbul etmək istəyirlər? NATO-nun gerçək planı nədən ibarətdir?
Qarabaginfo.az xəbər verir ki, NATO ətrafında cərəyan edən prosesləri Modern.az-a şərh edən Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu bildirib ki, Finlandiya və İsveçin PKK terror təşkilatını dəstəkləməsi ilə əlaqədar olaraq Türkiyənin onlara münasibətdə sərgilədiyi mövqe tamamilə haqlıdır:
“Faktiki olaraq məlumdur ki, Türkiyənin sadə vətəndaşları, dövlətin özü uzun illərdir ki, terror təhdidlərinə qarşı mübarizə aparmaq məcburiyyətində qalıb. Bundan əvvəl İraqın şimalında, eləcə də Suriyanın şimalında həyata keçirilən antiterror əməliyyatlarında başlıca məqsəd terror təhdidlərinin Türkiyənin sərhədlərindən uzaqlaşdırılması olub. Buna görə də, Finlandiya və İsveçin PKK terror təşkilatını dəstəkləməsi ilə əlaqədar Türkiyənin onlara münasibətdə sərgilədiyi mövqedə təəccüblü heç nə yoxdur”.
Vüqar Zifəroğlu Türkiyənin NATO ilə bağlı addımını Rusiya ilə müttəfiqlik münasibətləri kontekstində nəzərdən keçirməyin doğru olmadığını düşünür:
Politoloq Qabil Hüseynli qeyd edib ki, Türkiyənin hazırkı mövqeyi olduqca haqlıdır: “Çünki Finlandiya və İsveçdə PKK və PYD terror təşkilatlarının mənsublarına vətəndaşlıq verilir, onlar internet televiziyaları açırlar, qəzet buraxırlar, küçələrdə yürüşlər həyata keçirirlər. Qısası, Türkiyə dövlətçiliyinin əleyhinə çıxan terrorçulara bu ölkələrdə meydan verirlər”.
“Artıq Finlandiya və İsveç söz verib ki, belə halları yığışdıracaqlar və konsensus əldə ediləcək. Mənə elə gəlir Türkiyə bu məsələdə haqlı tərəfdir və istəyinə çatacaq. Nəticədə qardaş Türkiyə Avropada terrorçulara böyük zərbə vurmuş olacaq. Bu ölkələrdəki terrorçular müəyyən şəkildə neytrallaşdırılacaq. Türkiyə bu mövqeyi ilə həm də Avropanın qeyri-səmimiliyini ortaya çıxardı və bu məsələni aktuallaşdırdı”. Geri dön |