Ana Sayfa > Karusel / Gündəm > Borrell: "Aİ Azərbaycanla Ermənistan arasında sülh sazişinə dəstək olmaq üçün əlindən gələni edəcək"

Borrell: "Aİ Azərbaycanla Ermənistan arasında sülh sazişinə dəstək olmaq üçün əlindən gələni edəcək"


19-05-2022, 00:15. Yazar: Admin

Cozep Borrell

"Azərbaycan və Ermənistan arasında sülh sazişi əldə olunarsa, biz həqiqətən bunu çox yüksək qiymətləndirərdik".

Qarabaginfo.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib.

O bildirib ki, tərəflərin bu sazişi xoş iradə və xoş niyyətlə əldə etməsi üçün Avropa İttifaqı hər iki tərəflə təmasdadır.

"Biz hələ bundan çox uzağıq. Amma bu baş verərsə, Avropa İttifaqı sazişin həyata keçirilməsinə dəstək olmaq üçün əlindən gələn köməyi göstərəcək", - Cozep Borrell vurğulayıb.


Geri dön