Ana Sayfa > Karusel / Gündəm > Çavuşoğlu: “ABŞ-la əməkdaşlığımızın inkişafı Cənubi Qafqaz üçün də vacibdir”
Çavuşoğlu: “ABŞ-la əməkdaşlığımızın inkişafı Cənubi Qafqaz üçün də vacibdir”18-05-2022, 23:52. Yazar: Admin |
İstər beynəlxalq sülhün təmini, istərsə də koronavirusla mübarizə və Ukraynada müharibənin dayandırılması məsələsində Türkiyənin çox vacib ölkə olduğunu hər kəs gördü. Qarabaginfo.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-a səfəri zaman mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, ABŞ və Avropa İttifaqı ölkələri də artıq bunu anlayır. “Bizim ABŞ-la bütün sahələrdə əməkdaşlığımızı inkişaf etdirmək sədəcə iki ölkənin maraqları üçün deyil, həm də bölgəmiz, NATO, Avropa, Afrika, Yaxın Şərq və Cənubi Qafqaz üçün də vacibdir”,- deyə diplomat vurğulayıb. Geri dön |