Ana Sayfa > Karusel / Gündəm > Çavuşoğlu: “Türkiyəyə “F-16”ların verilməsi ilə bağlı danışıqlar müsbət məcrada davam edir”

Çavuşoğlu: “Türkiyəyə “F-16”ların verilməsi ilə bağlı danışıqlar müsbət məcrada davam edir”


18-05-2022, 23:48. Yazar: Admin

Mövlud Çavuşoğlu

Türkiyənin xarici işlər naziri ABŞ-a səfəri çərçivəsində Türkiyəyə silah satışı, xusüsən də, “F-16” qırıcılarların verilməsi ilə bağlı müzakirələr aparıb.

Qarabaginfo.az-ın verdiyi xəbərə görə, bu barədə nazir mətbuata açıqlamasında deyib.

Diplomat qeyd edib ki, proses müsbət şəkildə davam edir.

Bundan əlavə, Çavuşoğlu Türkiyə-İsrail münasibətləri, Yunanıstan və Kiprlə bağlı məsələləri amerikalı həmkarı Entoni Blinkenlə də müzakirə edərək, ABŞ-ı bu məsələlərdə real şəkildə tərəfsiz olmağa çağırıb.


Geri dön