Ana Sayfa > Karusel / Gündəm > İsveç xarici işlər naziri Fariz Rzayevi qəbul etdi

İsveç xarici işlər naziri Fariz Rzayevi qəbul etdi


18-05-2022, 22:22. Yazar: Admin

İsveç xarici işlər naziri Ann Linde Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevi qəbul edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ann Linde "Twitter"də bildirib.

"Azərbaycan-İsveç diplomatik münasibətlərinin 30-cu ildönümü münasibətilə İsveçdə səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevlə konstruktiv görüşümüz oldu. Müxtəlif qarşılıqlı və beynəlxalq məsələlər barədə yaxşı müzakirə apardıq", - İsveç XİN rəhbəri qeyd edib.


Geri dön