Ana Sayfa > Karusel / Gündəm > Rüstəm İbrahimbəyovun yerinə yeni sədrin seçiləcəyi vaxt bilinib

Rüstəm İbrahimbəyovun yerinə yeni sədrin seçiləcəyi vaxt bilinib


18-05-2022, 21:55. Yazar: Admin

Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədr seçimi ilə bağlı idarə heyətinin ümumi iclası 31 may tarixində keçiriləcək.

Qarabaginfo.az bildirir ki, bu barədə APA-ya ittifaqın katibi Baba Vəziroğlu məlumat verib.

Qeyd edək ki, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatından sonra Xalq artisti Rasim Balayev AKİ-nin sədrliyinə namizəd kimi təqdim olunub və idarə heyəti Rasim Balayevin namizədliyini yekdilliklə təsdiq edib.


Geri dön