Ana Sayfa > Karusel / Gündəm > Gitanas Nauseda: “Güclü istehsal sabit enerji mənbələri tələb edir”

Gitanas Nauseda: “Güclü istehsal sabit enerji mənbələri tələb edir”


18-05-2022, 21:39. Yazar: Admin

Gitanas Nauseda: “Güclü istehsal sabit enerji mənbələri tələb edir”

“Güclü istehsal sabit enerji mənbələrini tələb edir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycan-Litva biznes forumunun açılışında deyib.

“Litva strateji baxımdan güclü, şaxələndirilmiş istehsal sektorunun qurulmasına diqqət yetirirdi. İndi isə ölkəmiz innovativ və yüksək texnoloji sektorlar üzərində çalışır. Güclü istehsal sabit enerji mənbələrini tələb edir. Son on il ərzində biz artıq böyük elektrik istehsalı işlərini icra etmişik, qaz və maye qaz terminalının tikintisi layihələrini həyata keçirmişik. Həmin terminalın inşası 2014-cü ildə başa çatdırılmışdır. Hazırda enerji sektorumuz günəş və külək enerji parklarından ibarətdir. Biz bu yaxınlarda Baltik dənizində ilk dəfə olaraq külək enerji parkını yaradacağıq” – deyə Litva prezidenti qeyd edib.


Geri dön