Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan-Litva sənədləri imzalanıb

Azərbaycan-Litva sənədləri imzalanıb


18-05-2022, 21:18. Yazar: Admin

Azərbaycan-Litva sənədləri imzalanıb

Azərbaycan-Litva biznes forumunun sonunda sənədlərinin imzalanması mərasimi olub.

Qarabaginfo.az xəbər verir ki, “Beynəlxalq yol nəqliyyatı Sazişi”ni Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Litva Respublikasının nəqliyyat və kommunikasiya nazirinin müavini Yulius Skaçkauskas imzaladılar.

“Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Litva Respublikasının Ticarət, Sənaye və Sənətkarlıq Palataları Assosiasiyası arasında Əməkdaşlıq Sazişi”ni Palatanın prezidenti Niyaz Əlizadə və Assosiasiyanın baş direktoru xanım Gedre Rajinskiene imzaladılar.

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Litva Respublikasının Ticarət, Sənaye və Sənətkarlıq Palataları Assosiasiyası arasında Əməkdaşlıq Memorandumu”nu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Assosiasiyanın baş direktoru xanım Gedre Rajinskiene imzaladılar.

“Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO ilə Litva İnnovasiya Agentliyi arasında Əməkdaşlıq Memorandumu”nu AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Agentliyin baş direktoru xanım Agne Vaitkunene imzaladılar.

“Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO ilə Litva Respublikası Sənayeçilər Konfederasiyası arasında Əməkdaşlıq Memorandumu”nu AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Konfederasiyanın vitse-prezidenti Romas Austinskas imzaladılar.

“Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Litva Respublikası Sənayeçilər Konfederasiyası arasında Əməkdaşlıq Müqaviləsi”ni Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Litva Respublikası Sənayeçilər Konfederasiyasının vitse-prezidenti Romas Austinskas imzaladılar.


Geri dön