Ana Sayfa > Karusel / Siyasət > Prezident: "Ermənistan hökumətinin bu cür manevrləri və çox qəribə addımları, əslində, yaranan müəyyən etimadı pozur"
Prezident: "Ermənistan hökumətinin bu cür manevrləri və çox qəribə addımları, əslində, yaranan müəyyən etimadı pozur"18-05-2022, 20:58. Yazar: Admin |
"Azərbaycan hər zaman öhdəliklərə sadiq olub". Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev litvalı həmkarı ilə mətbuata bəyanatlarla çıxış edərkən deyib. "Aprelin sonuna qədər görüşə hazır olduğumuzla bağlı Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə söz vermişdiksə, biz buna sadiq idik. Lakin, biz eyni məsuliyyəti Ermənistan tərəfindən də görməliyik. Başqa sözlə, bizdə müəyyən nikbinlik olsa belə, Ermənistan hökumətinin bu cür manevrləri və çox qəribə addımları, əslində, yaranan müəyyən etimadı pozur", - Prezident İlham Əliyev vurğulayıb. Geri dön |