Ana Sayfa > Karusel / Gündəm > Qadınları Türkiyədə cinsi istismara məruz qoyan şəxs 8 il azadlıqdan məhrum edilib

Qadınları Türkiyədə cinsi istismara məruz qoyan şəxs 8 il azadlıqdan məhrum edilib


18-05-2022, 19:30. Yazar: Admin

Qadınları Türkiyədə cinsi istismara məruz qoyan şəxs 8 il azadlıqdan məhrum edilib

Qadınları cinsi istismara məruz qoyan şəxs məhkum edilib

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı olan qadınların etibarından sui-istifadə edərək, Türkiyə Respublikasında yüksək gəlirli işlə təmin edəcəyi vədi ilə aldadaraq Antalya şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Qənimə Ədilova tutulub.
Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmünə əsasən Q.Ədilova Cinayət Məcəlləsinin 144-1-ci maddəsi ilə (İnsan alveri) təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.


Geri dön