Ana Sayfa > Karusel / Gündəm > Aİ-nin Rusiya qazından asılılığı azaltmaq üçün 300 milyard avroluq planı

Aİ-nin Rusiya qazından asılılığı azaltmaq üçün 300 milyard avroluq planı


18-05-2022, 19:04. Yazar: Admin

Aİ-nin Rusiya qazından asılılığı azaltmaq üçün 300 milyard avroluq planı

Avropa İttifaqı Rusiyanın neft və qazından asılılığına son qoymaq üçün enerji sahəsinə 300 milyard avro sərmayə qoymağı planlaşdırır.

Qarabaginfo.az xarici mediaya istinadən xəbər verir ki, bunu Aİ Komissiyasının sədri Ursula fon der Leyen Brüsseldə enerji təchizatı təhlükəsizliyini artırmaq və Rusiyadan asılılığı azaltmaq üçün hazırlanan “REPowerEU” adlı planla bağlı mətbuat konfransında deyib. 

Rusiya-Ukrayna müharibəsinin qlobal enerji bazarlarının fəaliyyətini pozduğuna diqqət çəkən von der Leyen, müharibənin Aİ-nin xüsusilə Rusiyadan idxal edilən fosil yanacaqlardan asılılığını ortaya qoyduğunu söyləyib: 
“Biz indi enerji sahəsində Rusiyadan asılılığımızı mümkün qədər tez azaltmalıyıq”.

Mövcud enerji böhranını aradan qaldırmağın ən sürətli və ucuz yolunun enerjiyə qənaət etmək olduğunu dilə gətirən Von der Leyen, “Bu səbəbdən Aİ-nin enerji səmərəliliyi hədəfini 2030-cu il üçün 9 faizdən 13 faizə yüksəldəcəyik”.

"Biz bərpa olunan mənbələr və şəbəkələr kimi infrastrukturlarla bağlı icazə prosedurlarını sürətləndirməyi təklif edirik”, - deyə Von der Leyen bildirib. 

Günəş enerjisi sərmayələrini sürətləndirəcəklərini vurğulayan Aİ rəsmisi 2025-ci ilə qədər kommersiya və ictimai binalarda, 2029-cu ilə qədər isə yeni yaşayış evlərində dam günəş panellərinin quraşdırılması öhdəliyi qoymağı təklif etdiklərini bildirib. 

Enerjidən asılılığın azaldılmasının böyük islahatlar və investisiyalar tələb edəcəyini vurğulayan Von der Leyen, “300 milyard avroya yaxın resursu səfərbər edirik” deyib. 


Geri dön