Ana Sayfa > Karusel / Gündəm > Azərbaycana ət, süd və kərə yağının idxalı artıb

Azərbaycana ət, süd və kərə yağının idxalı artıb


18-05-2022, 18:17. Yazar: Admin

Azərbaycana ət, süd və kərə yağının idxalı artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 21 144,59 min dollar dəyərində 12 239,07 ton ət idxal edilib.

Qarabaginfo.az "APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu bir il öncəki göstəricisindən müvafiq olaraq dəyər ifadəsində 2,3%, həcm göstəricisi üzrə isə 0,9% çoxdur.

Hesabat dövründə ölkəyə 5 621,17 min dollar dəyərində (artım 52%) 3 840,39 ton (artım 51,3%) süd idxal olunub.
Bununla yanaşı cari ilin ilk dörd ayında 39 814,31 min dollar dəyərində 7 249,8 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 46,6% və 29,4% çoxdur.


Geri dön